Logo

ADPU-nun Şamaxı filialında Hüseyn Cavidin 140 illik yubileyi silsilə tədbirlərlə qeyd olunub

24.12.2022 20:14 456 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Kitabxana və elektron resurslar şöbəsində guşə yaradılmış, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə şairin ev muzeyinə ekskursiya təşkil olumub.

Tehsil.biz xəbər verir ki, bu tədbirlərin davamı kimi filialın Heydər Əliyev lektoriyasında “Mənim tanrım gözəllikdir, sevgidir” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Ədibin 140 illiyinin qeyd olunması ilə bağlı imzalan Sərəncam da məhz Azərbaycan ədəbiyyatına, Cavid yaradıcılığına diqqət və qayğının göstəricisidir. 

Tələbələrdən Zəhra Cəfərzadənin hazırladığı videoçarxda mütəfəkkir şair və dramaturqun həyat və fəaliyyətini əks etdirən bir çox faktlar əks olunub.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Hüseynova və Kitabxana və elektron resurslar kafedrasının müdiri Vəsilə Razımi H.Cavidin gözəllik və sevgini ən incə şəkildə misralara düzən filosof şair olduğunu qeyd ediblər. Vurğulanıb ki, qüdrətli sənətkar həmçinin humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoyub.

Daha sonra tələbələrdən Şəfəq Rəcəbova “Hüseyn Cavidin həyatı”, Aysel Baratova “Hüseyn Cavidin yaradıcılığı”, Yavər İsgəndərova “Hüseyn Cavid yaradıcılığında sevgi və din mövzusu”, Rəsul Mehdiyev “Cavid yaradıcılığında türkçülük”, Ayşad Əmirova “H.Cavid yaradıcılığında qadın mövzusu”, Turanə Hacıyeva “İblis” əsəri, Gülsurə Dadaşova “Heydər Əliyev və Hüseyn Cavid taleyi” mövzularında çıxış ediblər. Şəbnəm Axverdiyevanın “Mənim tanrım gözəllikdir, sevgidir” şeirini, Şəfaqət Abdullazadənin  “İblis” əsərindən İblisin monoloqunu, Toğrul Mənəfov və Fərəh Nəbiyevanın “Xəyyam” əsərindən səsləndirdikləri parçalar xüsusi maraqla qarşılanıb.

Xəbər lenti