Logo

Böyük Qayıdış futbol çempionatında final oyunu keçirilib - FOTOLAR

25.12.2022 12:39 458 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olan Böyük Qaydış futbol çempionatı layihəsinin açlış final oyunları keçirilib.

Tehsil.biz xəbər verir ki, çempionatın əvvəlindən 37 komandanın mübarizə apardığı yarışda finala yüksəlmiş Qayıdış 6 nömrəli məktəbin komandası ilə UGİŞM futbol komandası mübarizə aparıb, gərgin keçən final oyununda UGİŞM-nin futbol komandası yarışın qalibi olub.

Final mərhələsində layihə rəhbəri Quliyev Mirdamet İbad oğlu, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzadə, veteran məşqçilər Rəftar İmanov, Asəf Qasımov çıxış ederək futbolçulara öz ürək sözlərini deyiblər.

Finalda qalib gələn komandalara kubok və sertifikatla yanaşı, layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri hədiyyə edilib.

 

Xəbər lenti