Ənənəsinə sadiq qalan Lənkəran Dövlət Dram Teatrının truppası məktəbyaşlı tamaşaçılarını Yeni il ərəfəsində daha bir yeni səhnə əsəri ilə sevindirib.
Tehsil.biz xəbər verir ki, teatrın aktyorları bu dəfə uşaqların görüşünə İntiqam Hacılının müəllifi və quruluşçu rejissoru olduğu "Qar qızın axtarışı" nağıl-pyesinin tamaşası ilə gəliblər. Dekabrın 23-dən nümayişinə başlanan səhnə əsərində Şaxta baba, Santa Klaus və Qar qızın başına gələn əhvalatlardan bəhs olunur.
Maraqla baxılan tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Hikmət Cəfərov, Emin Fərzullayev, Emil Rzayev, Təranə Fərəcova, Rauf Zeynalov, Aysel Babazadə, Şəbnəm Hüseynova və digərləri ifa edirlər.
Qeyd edək ki, “Qar qızın axtarışı” tamaşası yanvarın 5-dək nümayiş etdiriləcək.