Logo

Bakıda məktəb koronavirus səbəbi ilə bağlanıb - YENİLƏNİB

18.02.2021 18:44 1889 baxış
IMG

"Paytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb".

 

Bu barədə Tehsil.biz-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVID-19 testi pozitiv çıxıb.

 

Bu səbəbdən Bakı şəhəri Nərimanon rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

 

"Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb".

 

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.

 

Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

 

"İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq", - deyə Təhsil İdarəsindən bildirilib.

 

***

17:39

 

Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən 82 saylı tam orta məktəb COVİD-19 virusuna yoluxma çoxğluğu səbəbi ilə 2 həftə müddətinə bağlanıb.

 

Tehsil.biz xəbər verir ki, buna səbəb məktəbdə son iki həftə ərzində koronavirusa yoluxma hallarının çox olması ilə əlaqədardır.

 

Bu müddət ərzində dərslərin distant olaraq davam edəcəyi bildirilib.

 

Xəbər lenti