Bu il Bakıda 541 müəllimin iş yeri daimiləşdirilib.
Bu barədə "Tehsil.biz"ə Bakı şəhər Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 541 nəfər müəllimin iş yeri daimiləşib.