2022-ci ildə Bakı məktəblərinə təyin olunan direktor müavinlərinin sayı açıqlanıb.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.