Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul üçün 2 dəfə müsabiqə keçirilib.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, müsabiqə nəticəsində 3 müvafiq təhsil müəssisəsinə direktor təyin olunub.
İdarədən həmçinin qeyd olunub ki, 2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 21 nəfər BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.