Logo

Naxçıvanda müəllimlərin işə qəbulu imtahanları keçirilir

26.12.2022 15:00 309 baxış
IMG

Naxçıvanda müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Tehsil.biz xəbər verir ki, test imtahanlarında hər bir namizədə 60 sual, tapşırıqların yerinə yetirilməsi üçün isə 90 dəqiqə vaxt verilir və hər bir düzgün cavab bir balla qiymətləndirilir.

Səhv cavablar düzgün cavablara təsir etmir. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

İmtahan bitdikdən dərhal sonra namizədə “Test imtahanının nəticəsi haqqında arayış” verilir və müsabiqənin nəticələri Mərkəzin internet portalında yerləşdirilir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplayan müvafiq vəzifəyə təyin olunacaq.

Qeyd edək ki, müsabiqəyə ən çox Şərur (42) və Ordubad (20) rayonlarından olmaqla, ümumilikdə 132 vakant vəzifə çıxarılıb. 488 namizədin sənəd təqdim etdiyi müsabiqədə daha çox müraciət Babək (117), Şərur (107) rayonları və Naxçıvan şəhərindən (90) çıxarılan vakant vəzifələr üzrə olub. Ayrı-ayrı ixtisaslara nəzər saldıqda isə ən sıx müsabiqə vəziyyəti Azərbaycan dili və ədəbiyyat (79), tarix (57) və təsviri-incəsənət (57) müəllimliyi üzrə qeydə alınıb. Müsabiqəyə ən çox vakant vəzifə isə kimya (20), fizika (18) və rus dili müəllimliyi (15) ixtisasları üzrə çıxarılıb.

Test imtahanları dekabrın 29-na qədər davam edəcək.

Xəbər lenti