Logo

Bu təhsil müəssisələri əməkdaşlara pul mükafatı verəcək - SİYAHI

26.12.2022 16:13 2151 baxış
IMG

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bir neçə Azərbaycan universitetlərinin əməkdaşlarına pul mükafatı veriləcək.

"Tehsil.biz"in məlumatına görə, bununla bağlı bəzi ali məktəblərin rektorları əmr imzalayıb.

Həmin universitetlərin siyahısını təqdim edirik:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bütün əməkdaşlarına yeni il münasibətilə 200 mamat pul mükafatları veriləcək.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı ayrılıb.

ADA Universitetində də Yeni il münasibətilə universitetin bütün əməkdaşlarına pul mükafatı veriləcək. Bununla bağlı rektor Hafiz Paşayev əmr imzalayıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Yeni il münasibətilə universitetin bütün əməkdaşlarına maaşları qədər pul mükafatının verilməsi haqda əmr imzalayıb.

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşlarına Yeni il münasibətilə maaşlarının 30 %-i məbləğində pul mükafatı təqdim edilib.

Azərbaycan Dillər Universitetinin (ADU) bütün əməkdaşlarına Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə pul mükafatı veriləcək. Bununla bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla dekabrın 26-da müvafiq əmr imzalayıb.

Fəqan Əzimli

Xəbər lenti