Logo

Nəzakət Teymurova və tələbələrinin BDU-da konserti olub - FOTOLAR

26.12.2022 21:40 503 baxış
IMG

Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Nəzakət Teymurova və tələbələri Bakı Dövlət Universitetində (BDU) konsert proqramı ilə çıxış ediblər.

Tehsil.biz xəbər verir ki, onları Konservatoriyanın baş müəllimi Arif Məhərrəmovun bədii rəhbərliyi ilə tələbələrdən ibarət “Haməhəng” xalq-çalğı alətləri orkestri müşayiət edib.

Azərbaycan Milli Konservatoriyasının prorektoru Malik Quliyev BDU kollektivini və tələbələrini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Xalq artisti Nəzakət Teymurovanın həyat və fəaliyyəti ilə bağlı məlumat verilib.

Daha sonra Xalq artisti və tələbələrinin ifasında sevilən xalq, bəstəkar mahnıları, muğamlardan parçalar səsləndirilib.

Xəbər lenti