Bərdə rayonunda "Valideyn dəstəyi ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması" layihəsinin bağlanış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir Bərdə rayon Uğurbəyli kənd tam orta məktəbində keçirilib.
Bağlanış tədbirində layihə rəhbəri Aytac Əhmədova, Bərdə rayon Təhsil Sektorunun əməkdaşları, Təhminə Həsənli, Rafil Əşrəfli və Aygün Nuriyeva iştirak edib.
Qeyd edək ki, layihənin məqsədi valideynin məktəblə əməkdaşlığı və bu əməkdaşlığı gücləndirmək, valideyn şurasının əhəmiyyətini diqqətə çatdırmaqdır.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində qalib olub.