Logo

Mətbuat Şurası İdarə Heyətinin üzvləri

27.12.2022 11:03 437 baxış
IMG

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli və Yeganə Hacıyeva AzTV-də yayımlanan "Çıxışa doğru" verilişində iştirak ediblər. 

Şuradan "Tehsil.biz"ə verilən məlumata görə, verilişdə "Post-münaqişə dövründə informasiya savaşı: dezinformasiya ilə mübarizə" mövzusunda müzakirələr olub.

Şuranın İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışı zamanı bildirib ki, "Şuşa-Xankəndi yolunda milli QHT-lər və ekofəallar tərəfindən keçirilən aksiya barədə Azərbaycan KİV-ləri  müxtəlif dillərdə obyektiv və operativ infomasiyalar hazırlayaraq yayıblar. Həmçinin Xankəndi şəhərində separatçı qüvvələr tərəfindən təşkil edilmiş aksiyanın təxribatçı mahiyyəti barədə  də informasiya bolluğu yaradıblar. Azərbaycan mediası tərəfindən hazırlanan informasiyalara dünyanın aparıcı siyasi mərkəzlərində istinadının təşkili üçün mexanizmlər işlənilib hazırlanmalıdır. 

İdarə Heyətinin üzvü Yeganə Hacıyeva çıxışında, 44 günlük Vətən müharibəsindən öncə, sonra Ermənistanın və onun xaricdəki havadarlarının informasiya təxribatlarının artan xətlə inkşaf etdiyini, yayılma mexanizmlərinin genişləndiyini vurğulayıb. Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərinin ekoloji tələblərlə apardığı aksiyadan sonra isə bu meyil daha da güclənib. O bildirib ki,  bir sıra Avropa mediası, xüsusən, fransız mediasının azərbaycanlı ekoaktivistlərin aksiyasını erməni dezinformasiyalarının təqdimatı ilə işıqlandırması, tirajlaması siyasi hədəflərdən başqa, həm də, öz cəmiyyətlərini aldatmaqdır.

Y.Hacıyeva, həmçinin, erməni mediasının dezinformasiyalarına münasibətdə cəmiyyətimizdə əks imunutetin formalaşdırılmasının vacibliyini də qeyd edib. Bu baxımdan Azərbaycan mediasının üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.

Xəbər lenti