Logo

Bakıda dərsdənkənar kursların təşkili üçün 188 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb

27.12.2022 12:03 439 baxış
IMG

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kursların təşkili üçün 188 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb. 

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən bildirilib.

Qeyd olunub ki, həmçinin ali təhsil və orta ixtisas müəssisəsi tələbələrinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 126 ümumi təhsil müəssisəsini və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 11 ikitərəfli müqavilə imzalanıb.

Xəbər lenti