Logo

"RoboGames 2022” STEAM müsabiqəsi keçirilib - FOTO

27.12.2022 13:16 238 baxış
IMG

24-25 dekabr tarixlərində Elm və Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy”nin təşkilatçılığı ilə  "RoboGames 2022” STEAM müsabiqəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, "RoboGames 2022: Smart City" layihəsi ilk dəfə olaraq 10-16 yaşlı məktəblilər üçün təşkil olunan yerli layihə əsaslı robot texnologiyaları müsabiqəsidir. "RoboGames" şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə qarşılaşdıran və onların həll yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirən qeyri-adi təcrübədir.

Müsabiqə 2 gün müddətində dövlət və özəl tədris müəssisələri olmaqla ümumilikdə 40 komanda, 201 iştirakçı və komanda rəhbərlərinin iştirakı ilə ADA Universitetində baş tutub. Komandalar “Smart City” mövzusunda “Lego mindstorms ev3” xüsusi dəstlərindən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün proqramlaşdırılmış robotlar yığıb və rəqəmsal həllərin köməyilə daha səmərəli resurslardan istifadə edərək yaradıcı yanaşma nümayiş etdiriblər.

Tədbirin son günü yeni kəşflər etmənin, ədalətli mübarizənin, komanda olaraq birlikdə işləmənin əhəmiyyətini göstərən və peşəkarlıq, əməkdaşlıq, eləcə də dostca rəqabət nümayiş etdirən komandalar qalib seçiliblər.

Sonda Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi  Vüsal Xanlarov və ADA Universitetinin  İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Sencer Yeralan çıxış edərək çempionlara kubok və hədiyyələr təqdim ediblər.

Xəbər lenti