Bakı şəhəri 144 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ümüd Xəlilzadə gözəl bacarığı ilə diqqəti öz üzərinə çəkib.
Tehsil.biz xəbər verir ki, o, yoldaşları ilə gəzintidə olarkən, şəhərdə yerləşdirilən pianoda öz sevdiyi musiqilərdən birini ifa edib.
Təsadüfən orada olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Ümüdin ifasını dinləyib, onu öz şəxsi instaqram hesabında paylaşıb.
Həmin görüntünü təqdim edirik: