Logo

DİM “İnformatika” vəsaitinin yenilənmiş nəşrini çap edib

27.12.2022 16:06 524 baxış
IMG

“İnformatika” vəsaiti bakalavrlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, informatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da imtahanlara hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək. Vəsaitin 7, 8, 9 və 10-cu fəsilləri tamamilə yenidən işlənib.

Kitab 13 fəsildən ibarətdir.

1. İNFORMATİKA VƏ ONUN ƏSAS ANLAYIŞLARI

2. KOMPÜTER VƏ ONUN TEXNİKİ TƏMİNATI (HARDWARE)

3. ALQORİTMLƏŞDİRMƏNİN ƏSASLARI

4. PROQRAM TƏMİNATI (SOFTWARE) VƏ ONUN TƏSNİFATI

5. ƏMƏLİYYAT SİSTEMLƏRİ

6. MICROSOFT WINDOWS 10 ƏMƏLİYYAT SİSTEMİ

7. MICROSOFT WORD 2019 MƏTN PROSESSORU

8. MICROSOFT EXCEL 2019 CƏDVƏL PROSESSORU

9. MICROSOFT РОWЕRРОINT 2019 ELEKTRON TƏQDİMAT PROQRAMI

10. VERİLƏNLƏR BAZASI. MICROSOFT ACCESS 2019. VERİLƏNLƏR BAZASININ İDARƏEDİLMƏSİ SİSTEMİ

11. KOMPÜTER QRAFİKASININ ƏSASLARI

12. KOMPÜTER ŞƏBƏKƏLƏRİ

13. İNTERNET QLOBAL ŞƏBƏKƏSİ

Xəbər lenti