Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2022-2023-cü tədris ili üzrə təhsil müəssisələrində bayramdan sonra ilk iş və dərs günlərinin vaxtı məlum olub.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ilk iş və ya dərs günləri beşgünlük müəssisələrdə 5 yanvar 2023-cü il, altıgünlük müəssisələrdə isə 4 yanvar 2023-cü il tarixidir.