Logo

Fizika İnstitutunda magistrantlarla görüş

07.10.2020 09:22 512 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov bu il institutun magistratura pilləsinə qəbul olan tələbələrlə görüşüb.

 

Görüşdə elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini Ayaz Bayramov, Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova, İnnovasiya sektorunun rəhbəri Şıxəmir Eminov və Təhsil şöbəsinin müdiri Abasət İsayev iştirak ediblər.

 

Akademik N.Məmmədov Fizika İnstitutunun tarixi, burada aparılan elmi tədqiqatlar haqqında məlumat verib. Bildirib ki, magistrantların hər birindən  fizika sahəsində elmi və dil biliklərinin yüksək olması tələb edilir. O, magistrantlara təklif edilən dissertasiya işlərinin mövzuları  ilə tanış olub və tövsiyələrini verib.

        

Qeyd edək ki,  20202021-ci il tədris ilində  Fizika İnstitutunun magistratura pilləsinə Nəzəri və riyazi fizika, Kvant elektronikası, Bərk cisimlər fizikası, Bioloji sistemlər fizikası, Yarımkeçiricilər fizikası, Nanoelektronika ixtisasları üzrə 6 nəfər qəbul olunub.       

Xəbər lenti