Logo

AzTU tələbəsi Azercell-in təqaüdçüsü adına layiq görülüb

27.12.2022 20:36 449 baxış
IMG

“Azercell Telekom” MMC-nin bu ilin oktyabr ayında elan etdiyi “Tələbə Təqaüdü” Proqramının nəticələri müəyyən edilib.

Tehsil.biz xəbər verir ki, mərhələli seçim prosesinin sonunda Azercell-in təqaüdçüsü adına layiq görülən 25 tələbə arasında Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının informasiya texnologiyaları ixtisasının üçüncü kurs tələbəsi Aytən Məmmədova da var. Aytən Məmmədova ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq.

Qeyd edək ki, seçim Marketinq, Biznes Analitikası, Data Elmi, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik kimi istiqamətlərin dəyərləndirilməsi üzrə elan edilib. “Tələbə Təqaüdü” Proqramı yalnız maddi dəstəklə məhdudlaşmır. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edirlər.

Xəbər lenti