Logo

Bakıda məktəb direktorunu hədələyib pul istədilər - FOTO

28.12.2022 00:39 749 baxış
IMG

Bakıda orta məktəb direktoruna hədə-qorxu gəlib pul tələb ediblər.

"Tehsil.biz"in Lent.az-a istinadən məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsindəki 136 saylı orta məktəbdə qeydə alınıb. Özünü jurnalist kimi təqdim edən Oqtay Həsənov direktor Aysel Şərbətovaya hədə-qorxu gələrək, 150 manat pul tələb edib.

Direktor hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayət əsasında Xəzər rayon Polis İdarəsində araşdırmalar başlanıb.

Xəbər lenti