Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovanın onlayn dərs zamanı tələbəni təhqir etdiyini əks etdirən videogörüntülər yayılıb.
Tehsil.biz xəbər verir ki, bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən yayımlanıb.
Görüntülərdə müəllimin onlayn dərs zamanı sinif nümayəndəsini təhqir etməsi, onun üçün "bizə şam tutan lazım deyil" kimi ifadələr söyləməsi geniş müzakirələrə səbəb olub.
Videonun dərs zamanı tələbələrdən biri tərəfindən çəkildiyi güman edilir.
Məsələ ilə bağlı həmin təhsil müəssisəsindən bu barədə heç bir məlumatlı olmadıqları bildirildi.
Sözügedən videogörüntünü təqdim edirik: