Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında dəqiq elmlər üzrə "İstedadların hazırlığı laboratoriyası" adlı V Beynəlxalq Olimpiada keçirilib.
Tehsil.biz xəbər verir ki, olimpiadada Azərbaycan, Rusiya, Qırğızstan, Qazaxstan, Özbəkstan, Gürcüstan və Tacikstan məktəbliləri iştirak ediblər. 14-16 yaşlı yeniyetmələrin iştirak etdiyi olimpiada riyaziyyat, fizika və kimya fənləri üzrə keçirilib.
Olimpiadada Təbiət elmləri təmayüllü gimnaziyanı təmsil edən 9d sinif şagirdi Orucov İsmayıl qaliblər sırasında yer alıb.