Logo

Mətbuat Şurasında BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüş olub

28.12.2022 18:42 328 baxış
IMG

Bu gün Azərbaycan Mətbuat Şurasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bir qrup tələbəsi ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Mətbuat Şurasının missiyası, ölkəmizin media məkanındakı durum, nəzəri biliklərin praktik fəaliyyət müstəvisinə tətbiqindəki xarakterik tendensiyalar, söz və ifadə azadlığı ilə bağlı dünyada və Azərbaycanda müşahidə edilən meyillər və sair mövzularda müzakirələrin aparıldığı görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Ceyhun Musaoğlu və Hacıbəy Heydərli, həmçinin, Şuranın icraçı katibi Əvəz Rüstəmov, icraçı katibin müavini Fəridə Ağazadə iştirak ediblər.

Görüşdə, həmçinin, sosial şəbəkələrin informasiyanın yayılma arealı kimi roluna, informasiya təhlükəsizliyi məsələlərinə dair də fikir mübadiləsi aparılıb. Mətbuat Şurasının təmsilçiləri tələbələri maraqlandıran sualları cavablandırıblar.

Xəbər lenti