"Ənənəvi iqtisadiyyatdan fərqli olaraq rəqəmsal iqtisadiyyat tələb və təklif arasında fərqi tədricən aradan qaldırır".
Tehsil.biz xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov deyib.
Onun fikirlərinə görə, ali təhsil baxımından bu o deməkdir ki, əmək bazarının tələbinə uyğun mütəxəssis hazırlığı kimi daimi müzakirə olunan bir problem öz həllini asanlıqla tapa bilir:
"Böyük verilənlərin təhlili əsasında hazırlanması vacib olan mütəxəssislər asanlıqla müəyyən ediləcək. Süni intellektin tətbiqi isə bu prosesi daim nəzarətdə saxlamaqla onun obyektivliyini və çevikliyini təmin edəcək".
Mərcanə Əsədova