Azərbaycan Milli Konservatoriyasının bütün əməkdaşlarına Yeni il münasibətilə pul mükafatı veriləcək.
"Tehsil.biz"in məlumatına görə, bununla bağlı rektor Siyavuş Kərimi əmr imzalayıb.
Əmrə əsasən, konservatoriyanın bütün əməkdaşları maaşları həcmində mükafat alacaqlar.