Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Lalə Qəhrəmanlı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati laboratoriyasında (National Laboratory of Frascati (LNF) of the National Institute for Nuclear Physics) tədqiqat aparacaq.
Tehsil.biz xəbər verir ki, Lalə Qəhrəmanlı İtaliya hökuməti tərəfindən xaricdə yaşayan İtaliya vətəndaşları və xarici vətəndaşlar üçün 2022-2023-cü illər üzrə elan edilmiş qrant müsabiqəsində qalib olub.
Proqramda nəzərdə tutulan araşdırmanın professor Stefano Belluccinin rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulur. Birölçülü nanonaqillərin və hibrid sistemlərin fotokataliz prosesində istifadəsinin effektivliyi qazanılan qrant mövzusunun əsasını təşkil edir.