Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) valideyn, tələbə və müəllimlər üçün “Açıq mikrofon” günü keçirilib.
Tehsil.biz xəbər verir ki, “Açıq mikrofon” gününün keçirilməsində məqsəd tədris və imtahan prosesində tələbə və müəllimlərin xüsusilə valideynlərin təklif və rəylərinin dinlənilməsi olub.
Tədbirdə çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsinin qarşıdan gələn payız semestri imtahanlarına hazırlıq prosesi, imtahanların keçirilmə qaydası və gələcəkdə həyata keçiriləcək layihələr barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, imtahanlar Bolonya prosesinə uyğun olaraq test və yazılı formada götürüləcək. Həmçinin, imtahanların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Çıxış edən valideynlər övladlarının təhsil aldığı ali təhsil ocağının onlarla sıx əlaqədə olmağa maraqlı olmasından məmnunluq duyduqlarını ifadə ediblər.
Sonda suallar cavablandırılıb, fikir və təkliflər dinlənilib.