Logo

STEAM layihəsinin 2022-ci il üzrə statistikası açıqlanıb

29.12.2022 18:11 470 baxış
IMG

Elm və Təhsil Nazirliyi STEAM layihəsinin 2022-ci il üzrə statistikasını açıqlayıb.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, cari ildə STEAM layihəsi 318 ümumtəhsil məktəbi və 19 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 135 minə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

İl ərzində Tovuz, Mingəçevir, Şəmkir, Bakı, Zaqatala, Saray qəsəbəsində STEAM mərkəzləri fəaliyyətə başlayıb.

Dekabrın 5-dən 9-dək STEAM Azərbaycan Festivalı keçirilib. Festivalda 10 kateqoriya üzrə yarışlar və 1 kateqoriya üzrə innovativ sərgi təşkil edilib. 7 ölkədən 127 əcnəbi iştirakçının da qatıldığı festivalda ümumilikdə 1 500-dən çox iştirakçı olub.

Qeyd edək ki, ötən il layihə 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91 minə yaxın şagird STEAM tədrisinə cəlb olunub.

Xəbər lenti