Logo

Cari ildə 1098 şəhid və hərbçi ailə üzvü, qazi işlə təmin olunub

29.12.2022 19:53 318 baxış
IMG

Elm və Təhsil Nazirliyi 2022-ci il üzrə müəllimlərin işə qəbulu statistikasını açıqlayıb.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, cari ildə müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə əlaqədar hərbçi və şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçıları tərəfindən Elm və Təhsil Nazirliyinə 200-ə yaxın müraciət ünvanlanıb. Onlardan 130 nəfərin müraciəti müsbət həll edilib, digər müraciətlər isə təhlil edilərək nəzarətə götürülüb.

Eyni zamanda şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə digər pedaqoji vəzifələr üzrə 2021-ci ilin fevralından 2022-ci ilin dekabrın 1-nə kimi 2385 nəfər şəhid və hərbçi ailə üzvü, qazi, müharibə iştirakçısı Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub. Onlardan 1098 nəfəri cari ildə işə qəbul edilib.

Xəbər lenti