2022-ci ildə dünyanın üç ən böyük hərrac evinin satışları demək olar ki, rekord həddə - 18 milyard dollara çatıb.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, Christie`s, Sotheby`s və Phillips-in ümumi satışları təqribən 18 milyard dollara çatıb. Eyni zamanda Christie`s-in satışları 8,4 milyard dollar, Sotheby`s-in 8 milyard, Phillips-in isə 1,3 milyard dollar təşkil edib.Hər bir şirkət üçün keçən il satış planında rekord il oldu. Mənbə qeyd edir ki, eyni zamanda, Christie`s incəsənət bazarının bütün tarixində ümumilikdə satış rekordu vurub.
Sotheby`s üçün builki gəlirin əsas payı boşandıqdan sonra əmlaklarını bölməyə qərar verən milyarderlər Harri və Linda Makloinin kolleksiyasının ikinci hissəsinin satışından əldə olunub. Eyni zamanda, 2021-ci ildə kolleksiyalarını satmağa başlayıblar. Sonra birinci hissənin satışı Sotheby's-ə 922 milyon dollar, artıq bu il isə 246 milyon dollar qazandırıb.
Phillips hərrac evi 2022-ci ildə satışları keçən illə müqayisədə 8 % artıra bilib. Şirkətin ən bahalı lotu 85 milyon dollara satılan Jan-Mişel Baskiyanın tablosu olub.
Noyabrın 11-də "Microsoft”un mərhum həmtəsisçisi Pol G. Allenin şəxsi kolleksiyasından olan rəsm əsərləri 1,6 milyard dollardan çox qiymətə satılıb ki, bu da hərrac tarixində ən böyük tək mülkiyyətçi satışı olub. Corc Seurat, Paul Sezanne, Vinsent van Gogh, Paul Gauguin və Qustav Klimtin əsərləri Nyu Yorkdakı Christie's hərracında iki gecəlik hərracda 100 milyon dollardan çox satılıb.