Samux rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəb şagirdlərinin və məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin sektor müdirləri və əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan azyaşlı körpələr müxtəlif rəqs nümunələri və kompozisiyalar ilə çıxış ediblər.