Sabirabad rayonunun məktəbləri arasında idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsi yekunlaşıb.
Tehsil.biz xəbər verir ki, yarışlarda şagirdlər idmanın basketbol, mini-futbol, atletika və şahmat növləri üzrə güclərini sınayıblar.
Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.