Logo

2023-cü ildə elm və təhsil üçün nə qədər pul xərclənəcək? - RƏQƏMLƏR

30.12.2022 16:24 1517 baxış
IMG

Prezident İlham Əliyev "2023-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Tehsil.biz xəbər verir ki, gələn il büdcənin gəlirləri 30 774 milyon manat, xərcləri 33 353,3 milyon manat olacaq.

Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 3,25% çoxdur.

Son nəticədə büdcədə 2 579,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17% azalma deməkdir.

Büdcə gəlirlərinin 30 017 milyon manatı mərkəzləşdirilmiş, 757 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 32 584 milyon manatı mərkəzləşdirilmiş, 769,3 milyon manatı isə yerli xərclərdir.

Qeyd edək ki, 2023-cü ildə dövlət büdcəsindən ayrılan vəsaitin 228 473 485,0 manatı elmin, 4 423 102 969,0 manatı isə təhsilin payına düşür.

Təhsil üçün xərclənəcək vəsaitlərin siyahısını təqdim edirik:

- məktəbəqədər təhsil 404 836 101,0
- ümumi təhsil 2 099 097 992,0
- peşə təhsili 64 168 651,0
- orta ixtisas təhsili 86 714 719,0
- ali təhsil 70 606 841,0
- əlavə təhsil 11 840 755,0
- təhsil sahəsində tətbiqi tədqiqatlar 6 887 646,0
- təhsil sahəsində digər müəssisə və tədbirlər 1 678 950 264,0

Xəbər lenti