Logo

Şampan içməyin hansı təhlükəli nəticələri ola bilər?

31.12.2022 10:47 402 baxış
IMG

Şampan və digər köpüklü şərablar müntəzəm olaraq istehlak edildikdə diş problemlərinə səbəb ola bilər.

Tehsil.biz RİA Novosti-yə istinadın xəbər verir ki, bu barədə Moskvanın Səhiyyə Departamentinin Moskva Elmi-Praktik Narkologiya Mərkəzinin klinik bölməsinin rəhbəri Valentin Skryabin məlumat verib.

O bildirib ki, qazlı alkoqollu içkilər qana daha tez sovrulur, bununla da intoksikasiyaya səbəb olur, həmçinin şampandakı əlavə şəkər və maya müntəzəm olaraq istehlak edildikdə dişlərinizə zərər verə bilir.

“Fermentasiya zamanı əlavə şəkər və maya əlavə edilərək əmələ gələn karbon qazı diş minasına da zərər verə bilər. Buna görə də unutmayın ki, müntəzəm olaraq şampan içmək diş sağlamlığınızı riskə ata bilər, - Skryabin qeyd edib.

Mürəxəssis şampanın miqren tutmalarının inkişafında təhrikedici faktora çevrilə biləcəyini qeyd edib və xatırladıb ki, alkoqolun sağlamlıq üçün təhlükəsiz dozaları yoxdur.

Xəbər lenti