Logo

Siyasətin kitabını yazan lider

31.12.2022 15:59 617 baxış
IMG

Qarabağ Zəfərinin Memarı, Azərbaycanın son bir neçə əsrdə torpaq qurtaran ilk baş komandanı, müzəffər ordunun Ali Baş Komandanı cənab İlham Əliyevin diraətli liderliyində, çox qısa müddətdə, işğal altındakı torpaqları, yenidən  Azərbaycana  qaytardı. İlham Əliyev təkcə Azərbaycan Respublikasının prezidenti deyil, həmdə bir siyasət dahisidir.

Planlarını əvvəlcədən planlaşdıran, doğru zaman gələndə həyata keçirən bir siyasət xadimidir. Əsgərinə örnək, xalqına dayaq, bilikli lider olan cənab İlham Əliyev 61-ci yaşını qeyd edir. İlham Əliyev yeniliklərə daima açıq, cəsarətli, özünə güvənən, risk alan, öz doğrularından heç vaxt geri dönməyən, inandığı  müharibəyə öz mənliyini qoyan, böhran anlarında radikal həllər tapmaq qabiliyyətinə sahib, öndəgələn liderlərdən biridir. Nə zaman hansı addım atacağını kimsənin təxmin edə bilmədiyi siyasi şahmat ustasıdır. İlham Əliyev: “Lazım olan vaxtda, lazım olan addımları atırıq və atacayıq, nə vaxt, nəyi  necə etmək lazımdır, biz onu yaxşı bilirik”. Planları haqqında danışmayan, sadəcə çalışan bir liderdir.  Səbirlə, əzmlə illərcə Qarabağ zəfərinə gedən yolu ilmək-ilmək toxudu.

Azərbaycan xalqı və dünya ictimaiyyəti bunu 44 günlük vətən müharibəsində, zəfərdən sonra bir daha anladı. İllərdir həll olunmayan, həlli yuxu kimi görünən, beynəlxalq təşkilatların və dünya arenasında güc dövlətləri kimi tanınan ölkələrin aciz qaldığı–Qarabağ məsələsinidə ortadan qaldırdı. Çiynindəki yükün ağırlığına baxmayaraq o imkansızı bacarmalı idi. Bunun üçün lazım olan hazırlıqlara uzun illər əvvəl başladı. Bəzən açıq-aşkar, bəzəndə gizli-gizli Qarabağı işğaldan qurtaracaq ordunun təminatı üçün iqtisadiyyatı gücləndirdi. Əsgərlərin təliminə şəxsi önəm verirdi.

Azərbaycan Ordusunu dünyanın inkişaf etmiş orduları sırasına, hətta birincilər sırasına çatdırmağı bacardı. Azərbaycan torpaqlarını dialoqlarla olmasada, hərbi yolla qurtulması üçün dövlətlərarası münasibəti gücləndirdi. Yəni Ümummilli Lider Heydər Əliyevinin oğlu İlham Əliyev həm diplomatik, həmdə hərb meydanında ehtiyatını hazırlamışdı. Siyasi kadrları yetişdirdi və diplomatiya institutunun təməlini qoydu.

Diğər dövlətlərin ölkəmizə qarşı müttəfiqlik strategiyasının qarşısını almaq məqsədilə siyasi addımlar atdı. Müharibə dövrünə nəzər salaq. Rusiya Prezidenti V.Putin əzəli və əbədi olaraq Qarabağ torpaqları Azərbaycanındır deməsi İlham Əliyevin diplomatik uğuru kimi qiymətləndirilir. İşğal davam edərkən Ermənistan çıxdığı hər bir konfransda siyasi arenalarda və diğər dövlətlərarası samitlərdə aciz qalır və susdurulurdu. Almaniyada Münhen görüşünü xatırlayaq: Ermənistan baş naziri N.Paşinyan verdiyi hər bir absurd açıqlamalara Azərbaycan prezidenti İlham Əliyevin arqumentləri və faktları əsasında çökəldildi.

Münhendəki görüşdə İlham Əliyev həm tarixçi professor gözü ilə, həmdə bir prezident kimi N.Paşinyana  tarix dərsi verdi. Çox güman ki, bu dərs  N.Paşinyanın İlham Əliyevdən alacağı son dərsi olacaqdı. Valday konfransına nəzər salaq. Konfransın keçirilməsindən bir müddət əvvəl N.Paşinyan “Qarabağ Ermənistandır nöqtə” açıqlaması və bununla birlikdə bir neçə absurd fikirlər səsləndirmişdi. Bunun cavabı çox gecikmədi. Valdayda İlham Əliyevin cavabı konkret olduğu  qədərdə ağıllıydı. İlham Əliyev: “Qarabağ Azərbaycandır nida işarəsi”. Bu proseslərdən sonra Azərbaycan xalqının səbri tükəndi. Dövlət, xalq, ordu artıq Ali Baş Komandanın əmrini gözləyirdi. İ.Əliyev illərdir gözlənilən əmri artıq verdi. Artıq bu atəşkəsin pozulması və yaxud düşmənin geri oturdulması demək deyildi. Bu Qarabağı işğaldan azad etmək üçün başladılmış bir vətən müharibəsi idi.

Zəfərin ayaq səsləri addım-addım eşidilirdi. İllərdir təminatlandırılan, üstün texnologiya və texnikalardan istifadə edən ordu bütün xalqın inamını və etimadını haqlı çıxartdı. Azərbaycan əsgərləri qəhrəmanlıqları ilə bütün dünyanı özlərinə heyran etdilər. Artıq yuxularda yalnız və yalnız yuxularda görünən o xəyal artıq reallığa çevrilmişdi. İlham Əliyev: ”Qarabağ Azərbaycandır, Qarabağ artıq azaddır” ifadələri təkcə yurd həsrəti ilə yanan əhalinin həsrətini yox, həmdə dünya hərb tarixində ən önəmli səhifələrini yazdı. İlham Əliye:; “Bu qələbəni qazanan bizim texnikalarımız deyil, bu qələbəni qazanan bizim əsgər və zabitlərimizdir”. Bu zəfərin qəhrəmanları Azərbaycan zabitləri, memarı isə məhz Ali Baş Komandan İlham Əliyevdir.  Onların adları Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə, ”Qarabağ Fatehi“ olaraq həkk olundu.

Vətən müharibəsi dünya ölkələrinin hərbi dərsliklərinə salınır. Gördüyünüz kimi cənab İlham Əliyev bu zəfəri həm diplomatik, həm də hərb səhnəsində qazandı. Qarabağın azad olunmasını, cənab İlham Əliyev təəccüb doğuran siyasi manevrlərlə həll etdi. Vətənə uzanan əlləri güclü iradəsi, mütləq haqlara dayanan siyasəti və xalqın dəstəyi ilə kəsdi. Artıq dünyanın siyasi liderləri cənab İlham Əliyevdən siyasətin kanisbektini istəyirlər. Azərbaycan xalqı bəşər tarixinə müzəffər xalq, cənab İlham Əliyevdə torpaq qurtaran, siyasətin kitabını yazan lider olaraq tanındı.

Əzizov Elgün, 11-ci sinif şagirdi

Xəbər lenti