Logo

Masallıda mədəniyyət nümayəndələri üçün Yeni il şənliyi keçirilib - FOTO

31.12.2022 16:50 430 baxış
IMG

Dekabrın 30-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon Komitəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Yeni il şənliyi keçirilib.

Tehsil.biz xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbiri giriş sözü ilə açaraq bütün mədəniyyət nümayəndələrini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, həmçinin idarənin hər bir əməkdaşına gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra MİHİ-nin Masallı rayon Komitəsinin sədri Vəkil İsmayılov da tədbir iştirakçılarına təbriklərini çatdırıb.

İncəsənət ustalarının ifaları ilə davam edən tədbir bayram süfrəsi arxasında davam edib.

Xəbər lenti