Dekabrın 30-da Azərbaycan Velosiped Federasiyasının idmançıları Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasında olublar.
Tehsil.biz xəbər verir ki, 20-25 yaş aralığında olan 12 velosipedçi ürək-damar sisteminin sağlamlıq vəziyyətinin dəyərləndirilməsi üçün növbəti instrumental yoxlamalardan keçiblər.
Müayinə prosesi zamanı idmançılar üzərində ürək-damar sisteminin dözümlülük səviyyəsinin müəyyən edilməsi, yarışlar öncəsi hazırlıq üsullarının effektivliyinin öyrənilməsi, ümumilikdə ürək fəaliyyətinin dəyərləndirilməsi məqsədilə elektro və exokardioqrafiya müayinələri aparılıb.
Qeyd edək ki, idmançıların nəticələrinin yaxşılaşdırılması üçün ürək-damar sistemi xəstəliklərinin profilaktikası və erkən diaqnostikası üçün adı çəkilən instrumental müayinə üsulları çox mühüm skrininq metodlarıdır.