Yeni il gecəsinin 12 məşhur tipini təqdim edirik:
1. Evin mətbəx işlərini rəhbərlik edənlər
Bunlar adətən qadınlar olur. Arada gileylənsələr də üzlərində təbəssüm dolaşır. Hazırladıqları yemək və şirniyyatlardan da doyunca yeyə bilmirlər.
2. Nadinclik edənlər
Şübhəsiz ki, başda uşaqlar və keflilər gəlir. Birincilər ictimai asayişi çox pozmasalar da, ikincilər polis idarələrinə qədər gedib çıxa bilirlər. Nadinclik edənlər bölməsinə adamların ayağı altına partlayan atanlardan tutmuş Şaxta babaya ilişənlərə, Qar qıza söz atanlara qədər hər kəs daxildir.
3. Şampan partladanlar
Yəqin dodaq büzdünüz ki, şampan partlatmaq nə böyük işdir ki, onun üçün xüsusi bənd ayırmısınız. Haqlısınız. Məsələ burasındadır ki, biz bu ad altında ailə-qohum məclislərində aktivlik göstərənlərin hamısını ümumiləşdirmişik. Gah foto çəkirlər, gah şeir oxuyurlar, gah sağlıq deyirlər, gah Şaxta baba olurlar, gah uzaqda olan dostlara-qohumlara zən edirlər... Bir sözlə, onlarsız məclis maraqsız olar.
4. Köhnə ilin son saniyələrini sayanlar
Üç! İki! Bir!.. Yeni il girən kimi əl çalıb qışqıranlar da olur. Sonra biri-birini qucaqlayıb təbrik edirlər. Gözəldir. Sevinc üzünüzdən əskik olmasın. Taa növbəti Yeni iləcən. Növbəti Yeni il axşamı xoşbəxtlik şakərinizi bir də təzələyərsiniz.
5. Yeni ildə şəhərə çıxanlar
Bunlar adətən gənclərdir. Bunların dərdindən bizim “yazıq”, “fağır” polislərimiz gücləndirilmiş iş rejimində işləyirlər. Ay canım, onların da balası var axı? Kim istəyər Yeni il gecəsini işdə keçirsin?
6. Saatlar 12-ni vuran kimi eyvana, həyətə çıxıb, pəncərədən boylanıb şəhərdəki atəşfəşanlığı seyr edənlər.
Bakılılara və şəhərimizin qonaqlarına aiddir. Bölgələrdə də irili-xırdalı atəşfəşanlıq olur. Ən azı evdə benqal fişəngi yandırırlar.
7. Yeni ili yeddi il kənarda qarşılayacağından qorxub saat 12 üçün evə tələsənlər.
Bu ənənə çoxdan var, bir az da, deyəsən, həqiqətə uyğundur. Siz də sınayın arada. Əslində, Yeni ili evdən kənarda qeyd eləmək də problem deyil. Əsas odur ki, canınız sağ, əhvalınız yaxşı, pulunuz çox olsun.
9. Saatlar on ikini göstərən kimi telefona sarılıb qohum-əqrəbaya zəng edənlər.
Telefon şirkətləri bir neçə dəqiqəlik şok da yaşayır. Nə olub? On dəqiqə sonra da zəng etsəniz. Yeni il təravətini itirmir. Köhnə Yeni iləcən təbriklər keçərlidir. İnanmırsınız, qarşınıza çıxan ilk Şaxta babadan soruşun.
10. Yatıb köhnə ildə qalanlar.
Bu tiplər yəqin ki, çox azdır. Azdır, amma yox deyil. Ya içib yatırlar. Ya yorğun olurlar, ya da səs-küyü şənliyi sevmədikləri üçün evin sakit bir guşəsinə çəkilirlər. Olsun. Hər kəs necə istəyirsə, elə olsun. Ancaq, məsləhətdir ki, saat 12-ni oyaq qarşılayasınız. Deyirlər, Yeni ilə necə girsən, o cür də başa vuracaqsan.
11. Yeni ilə Novruz qədər ürək qızdırmayanlar.
“Eh, bu xristian bayramında nə görmüsüz? Bizim yeni il Novruzdu. Təbiət də oyanır, təzələnir.” Yəqin bu sözləri siz də eşitmisiniz. Fikir verməyin. Nə vaxt şənlənə bilirsinizsə, əhvalınızı yüksəldə bilirsinizsə, elə o vaxt da bayramdır. Baxın yolkanın işıqlarına. Heç yalandan elə gözəllik olar?
12. Yeni ili iş başında keçirənlər
Bu bölməyə əsgərlərimiz başda olmaqla çoxlu peşə sahiblərini aid etmək olar: həkimlər, yanğınsöndürənlər, taksi sürücülər və s. Biz də hamıdan əvvəl onların bayramını təbrik edirik: Yeni iliniz mübarək!
Mənbə: Kulis.az