2022-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 002 namizəd müraciət edib, onlardan 54 804-ü müsabiqədə iştirak hüququ qazanıb. 7 gün ərzində 15 mərkəzdə təşkil olunan imtahanlarda 44 363 namizəd iştirak edib.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2022-ci təqvim ilində müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə 13 280 vakant yer elan edilib, 3 902 namizəd müddətsiz əsaslarla, 3 086 namizəd müddətli əsaslarla işə qəbul edilib.
Nazirlikdən həmçinin qeyd olunub ki, əlavə yerləşdirmə zamanı isə 1 650 namizəd müddətli əsaslarla vakant yerlərə təyin olunub. Tədris ili ərzində əlavə yerləşdirmə davam etdiriləcək.