2022-ci təqvim ilində ölkə üzrə ümumilikdə 5 445 məktəbəhazırlıq qrupunda 91 549 uşaq təhsilə cəlb olunub.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən 847 icma əsaslı məktəbəqədər təhsil qrupunda 15 177 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.
Bundan başqa, 2022-ci ildə 22 mindən çox uşaq elektron qaydada məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib.