Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə vətənpərvərlik, sağlam həyat tərzi və digər istiqamətlər üzrə 7 festival, 6 intellektual oyun və bilik yarışı, 3 respublika yaradıcılıq müsabiqəsi, 3 hərbi-idman oyunu, 16 idman növü üzrə kütləvi tədbirlər, 14 idman növü üzrə 24 respublika birinciliyi və 1 beynəlxalq idman yarışı, sərgilər, forumlar, ekskursiyalar, turnirlər və birinciliklər keçirilib.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, sözügedən tədbirlərə 100 000-lərlə məktəbli və tələbə cəlb olunub.
Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin yetirmələri 2022-ci il ərzində respublika yarışlarında 344 qızıl, 318 gümüş, 374 bürünc olmaqla ümumilikdə 1036 medal, beynəlxalq yarışlarda isə 184 qızıl, 120 gümüş, 107 bürünc olmaqla ümumilikdə 411 medal qazanıblar.
Cari tədris ilində 143 məktəbdənkənar təhsil müəssisəsinin qrup və dərnəklərinə 29 idman növü və 103 adda dərnək üzrə 110 min nəfərə yaxın məktəbli cəlb olunub.