Logo

Soydaşımız Almaniyada yüksək vəzifəyə təyinat alıb

03.01.2023 10:44 573 baxış
IMG

Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev yüksək vəzifəyə təyinat alıb.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü il 1 yanvar tarixindən soydaşımız Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru vəzifəsində işləməyə başlayıb.

Bu təyinata qədər Almaniya Azərbaycanlıları Alyansının rəhbəri Köln Universiteti Klinikasında şöbə müdiri vəzifəsində çalışırdı.

Xəbər lenti