Azərbaycandan yalnız 1 nəfərin seçildiyi qlobal Cənubi Koreya təqaüd proqramının qalibi əslən Lerik rayonundan olan gənc Sevinc Nuriyevadır.
Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsi məlumat yayıb.
Qeyd olunub ki, o, Kyung Hee Universitetinin biotibbi mühəndislik ixtisasına qəbul olaraq bakalavr təhsilini tam təqaüdlə Cənubi Koreyada davam etdirəcək.