Yevlaxda Şəhər İcra Hakimiyyətinin tərəfindən uşaqları üçün Yeni il şənliyi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə uşaqlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklər çatdırılıb, Yeni ildə uşaqlara sağlam həyat və firavan gələcək arzu edilib. Bayram şənliyində iştirak edən uşaqlar rəqs edib, şeir söyləyib, mahnı oxuyublar. Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edərək onlarla birgə əylənib, rəqs ediblər.
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı şəhər Yaradıcılıq evinin “Kukla“ Xalq teatrı tərəfindən "Gülü və Güloğlan" tamaşası nümayiş etdirilib. Tamaşa uşaqlara xoş əhval-ruhiyyə bəxş edib.
Şənliyə şən klounların qatılması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.