Logo

Nazirlik: "86 əcnəbi tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib"

03.01.2023 15:18 416 baxış
IMG

Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin 40 vətəndaşı (hər bir qrant proqramı üzrə 20 nəfər) müxtəlif yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 2018-2022-ci illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.

HTP çərçivəsində cari tədris ilində Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan vətəndaşlarının qəbulu aparılıb. 4 fərqli ölkədən 46 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Xəbər lenti