Logo

Bakının bu məktəbində açıq bazar hökm sürür - İDDİA

03.01.2023 15:45 953 baxış
IMG

"Bakı şəhər Qaradağ rayon Elman Heydərov adına 197 saylı tam orta məktəbdə rəhbərlik ayda bir dəfə məcburi formada məktəb işçilərinə ballı tort kojlarının satış yarmarkasını təşkil edir, amma məktəbdə kollektivin 31 Dekabr Həmrəylik gününü keçirməyə, bir dilim tortla çay içməyə etirazını bildirir".

Tehsil.biz xəbər verir ki, bu barədə övladları həmin məktəbdə oxuyan Sevda Soltanova adlı valideyn bildirib.

O bildirib ki, buna etiraz etdikdən sonra məktəbin direktoru Elmira Namazova tərəfindən qarğışa məruz qalıb: "30 dekabr tarixində məktəbdə olan söz-söhbətlərə görə Elmira xanıma fikrimi bildirmək üçün evə gəldikdən sonra səsli mesaj atdım, cavabını da aldım. Elmira xanımın hikkəsi yerə-göyə sığmayıb, 31 dekabr qeyri-iş günündə mənə qan-qarğışlarla səsli mesajlar atdı. Valideyn tərəfindən gələn tortu pay kimi otağında qəbul edərək 22 illik iş fəliyyətini qeyd edir".

Narazı valideyn məktəbin bir işçisi kimi bu illər ərzində etirazlarının olmasına baxmayaraq yenə səbr etdiyini qeyd edib: "Bu gün artıq səbir kasam dolub daşır. Məktəb açıq bazar fəaliyyətindədir, 3 uşağım hal-hazırda məktəbin Xl,  lX və Vlll siniflərində oxuyur. İlin əvvəlində məktəbdə KSQ üçün Xl siniflərdən 10 manat, lX siniflərdən 9 manat, Vlll siniflərdən 8 manat pul yığılır. 5 dekabr 2022-cii il tarixinə qədər Xl siniflərdən 10 manat, IX siniflərdən 9 manat şəxsi kabinetin açılması üçün məktəb direktoru valideyn iclasında pulun yığılmasını elan edib".

Şikayətçi şəxsin sözlərinə görə, hər ilin sonunda və tədris ilinin son aylarında ümumi məktəb üzrə 10 manat yığım adət halını alıb: "Dəfələrlə şikayətlərin olmasına baxmayaraq yoxlama zamanı məktəbin sənədlərinin düzgün çıxması sudan quru çıxmasına səbəb olur".

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib. Məsələ "Tehsil.biz"in diqqətindədir.

Xəbər lenti