Logo

Smartfonlar üçün yeni nəsil simsiz enerji doldurma standartı təqdim edilib

04.01.2023 14:11 257 baxış
IMG

"Apple", "Google" və "Samsung" kimi şirkətləri əhatə edən Wireless Power Consortium (WPC) yeni Qi2 simsiz enerji doldurma standartını təqdim etdi.

Tehsil.biz xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

Qeyd olunub ki, Qi2 birinci nəsil standartından daha yüksək nominal gücü ilə fərqlənir. Qi2-ni dəstəkləyən ilk aksesuarlar yalnız əvvəlki 15 vat gücü dəstəkləsə də, sonrakı şarj cihazı və smartfon istehsalçıları bu həddi aşa biləcəklər.

Bundan əlavə, Qi2 smartfonların, qulaqlıqların və saatların şarj platformalarında yerləşməsinə cavabdeh olan qoşma sistemini təkmilləşdirib. Qi2 daha çox maqnit istifadə edir ki, bu da cihazların şarj cihazlarına daha yaxın yerləşməsini təmin edir və beləliklə, yanlış sinxronizasiya şansını azaldır.

Həmçinin, Qi2-yə bir növ autentifikasiya sistemi inteqrasiya olunub. Onun sayəsində simsiz enerji doldurmağı dəstəkləyən smartfon və digər cihazların istehsalçıları sertifikatlaşdırılmamış aksesuarları bloklaya biləcəklər.

Qi2-ni aktivləşdirən ilk şarj cihazlarının 2023-cü ilin yayında bazara çıxacağı gözlənilir. Bu texnologiyaya malik smartfonlar üçüncü və ya dördüncü rübdə buraxılacaq.

Xəbər lenti