Logo

Billi Ayliş “Vogue” jurnalının ilk rəqəmsal üz qabığında çəkilib

05.01.2023 09:30 390 baxış
IMG

Müğənni Billi Ayliş ilk dəfə “Vogue” jurnalının üz qabığı videosunda yer alıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı jurnala bədəni ilə münasibəti və mübarizəsi barədə danışıb.

“Yeniyetməlikdə özümə nifrət edirdim. Bunun çoxu bədənimə olan qəzəbdən, mənə yaşatdığı ağrıdan irəli gəlirdi”, - Ayliş bildirib.

Məşhurun sözlərinə görə, o bir zamanlar rəqslə məşğul olub, lakin omba zədəsi karyerasını davam etdirməsinə imkan verməyib.

“Mən bədənimin özüm olduğunu başa düşmək prosesindən keçməli oldum. Mənim torba paltarlarım bədənimə görə utancımın nəticəsidir, onlar mənim üçün bir növ zirehdir”, - deyə Ayliş vurğulayıb.

Lakin o, 2021-ci ildə “Met Gala” gecəsində dar tül don geyinərək bədəninə yanaşmasını yenidən nəzərdən keçirmək qərarına gəldiyini deyib.

Xəbər lenti