Logo

AZTV sədri bu telekanala direktor təyin etdi - FOTO

05.01.2023 10:46 360 baxış
IMG

Tanınmış aparıcı Rövşən Binnətli "İdman TV"də direktor vəzifəsinə təyin olunub.

Tehsil.biz Manset.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb. 

Qeyd edək ki, bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi və direktor vəzifəsini icra edirdi.

Rövşən Binnətli əvvəllər "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri və "CBC Sport" kanalında Xəbərlər Departamentinin şef redaktoru vəzifəsində çalışıb. O, 2020-ci ildə "İdman TV"nin direktor müavini vəzifəsinə təyinat almışdı.

Xəbər lenti