Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsində müvafiq yerlərə layiq görülən şagirdlərlə görüşərək onları təbrik edib.
Bu barədə "Tehsil.biz"ə idarədən bildirilib.
Qeyd olunub ki, “Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsində Samux rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Lamiyə Abbasova “Yumşaq oyuncaq” nominasiyası, Samux rayon Qovlarsarı kənd tam orta məktəbin III sinif şagirdi Fuad Əhmədli, Samux rayon 2 saylı tam orta məktəbin II sinif şagirdi Siracəddin Hüseynzadə və Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin VII sinif şagirdi Ramal Poladov “Əl işi” nominasiyası üzrə II yerə layiq görülüblər.